hazırlanır
Untitled Document

3D texnalogiyasının iş prinsipi və onun gözə təsiri

3D texnalogiyasının iş prinsipi və onun gözə təsiri


Gündəlik həyatda necə 3 ölçülü görürük?

Normal şərtlərdə 2 gözümüz bir-birindən yüngülcə fərqli perspektivdə 2 görünüş görür. Ancaq beynimiz bu 2 görünüşü birləşdirərək, dərinlik hissi olan, tək görünüş hesab edir. Bu da 3 ölçülü görməmizi təmin edir.

Filmləri necə üç ölçülü (3D) olaraq görürük?

Görünüşdəki dərinlik hissinə "stereoskopik göstərmə" və ya "3-ölçülü göstərmə" deyilir. 3D filmlər, ekrandakı bir cüt ənənəvi 2D görünüşün gözlərimizə ayrı-ayrı təqdim edilməsi prinsipinə söykənir. Görünüşlərdən birinin sağ, digərinin sol gözümüzə təqdim edilməsi üçün eynəklər vasitəçilik edir. Bu sayədə əsl həyatda 2 gözümüzün obyektləri yüngülcə fərqli perspektivdən görmələri təqlid edilmiş olar.

3D eynəklərin növləri varmı?

3D eynəklərin 2 tipi vardır: Aktiv və passiv. Aktiv eynəklərdə bir ekranla ünsiyyət halında olan elektronik axım vardır. Aktiv eynəklərin LCD shutter, displey kimi alt tipləri var. Passiv eynəklər isə lineer polarize, dairəvi polarize, infitec və komplementar rəng anagilif kimi alt qrup adlarıyla xatırlanarlar. Eynəklər bir-birlərindən fərqli mexanizmlərlə işləsə da, nəticə olaraq ekrandakı bir-birindən yüngülcə fərqli perspektivdəki 2 görünüşdən birinin sağ, digərinin sol gözümüzə getməsini təmin edərlər. Beynimiz isə iki gözdən gələn bu 2 fərqli görünüşü birləşdirər və dərinlik hissi olan, 3 ölçülü tək bir görünüş kimi qəbul edər.
3D eynəklərlə film seyr etdikdən sonra başımız ağrıyır və bir müddət bulanıq görə bilirik.

Bunun səbəbi nədir?

3D eynəklər, tamaşaçını yaxın və uzaqdakı 2 görünüşə eyni anda baxmağa məcbur edər. Yaxına baxarkən gözlərin bir-birinə yaxınlaşması (akomodasya), uzağa baxarkən isə uzaqlaşması (diverjans) lazımdır. Bu vəziyyətə "verjans akomodasya ziddiyyəti" deyilir və başağrısı və keçici bulanıq görmə şikayətinin səbəbidir. Bu şikayətlər gənclərdə daha diqqətə çarpan olaraq izləniyər.

3D eynəklərin sağlamlığımıza başqa mənfi təsirləri varmı?

3D eynəklər aşağı bir ehtimal olsa da, gözlərin mikrob qapmasına yol aça bilər. O səbəblə bu eynəklər əgər dezinfeksiya edilmədən təqdim edilirsə, özünüzün istifadə etmədən əvvəl eynəkləri sabunlu suyla yumanızda və ya antibakteriyal dəsmallarla silmənizdə fayda var.

Kino salonunda gözlərimizdə yanma, qızarma və batma ola bilir. Bu nə səbəbə qaynaqlanır?

Göz səthində gözyaşını paylayan və göz səthini yaş tutan "göz qırpma" hərəkətidir. Film seyr etmə kimi fəaliyyətlərdə, ekrana diqqətimizi verdiyimiz üçün daha az göz qırparıq. Bunun nəticəsində göz səthi quruyur; gözdə yanma, qızarma və batma meydana gələr. Kino salonunun havası qurudursa, göz quruluğu əlamətləri də daha diqqətə çarpan olacaq


Qeyd: Məlumatdan istifadə edərkən mənbə bildirilməlidir.

  • Нравится
  1. ICQ: 563689343
  2. Xəbərləri: 925

    Şərhləri: 411

    Qeydiyyat: 9.08.2009

    Administrator



    Axır onu bilirəm ki biz 3d texnalogiyasından necə gəldi istifadə edirik. Gedib eynək alırıq ancaq tv-də baxanda həmin effekti vermir.

    3d texnalogiyalı kompüterlər adı ilə cammata sırıyırlar. Əsas olan videokartın 3d texnalogiyanı dəstəkləməsidir. İşləmə prinsipi 128bit və daha böyük olanlan video kartlar bu texnalogiyanı dəstəkləyir həmçinin monitor


    ----------------------------------------------------------------------------------
  1. ICQ: --
  2. Xəbərləri: 1483

    Şərhləri: 2074

    Qeydiyyat: 2.11.2009

    Administrator



    TuRaL,
    cunki televizorun ozude 3D destekli olmalidir
    ona gorede biz hecne ferq gormurk..gerek TV HD olsun.birde hemen kinoya baxanda gerek 6 ve ya 8 kalonka olmalidir.bax onda kinoya 3D baxa bileceksen.birde camamtin basini aldadirlar 1 manata 3D eynek olar hec? esli qiymaeti 45-50 m arasidir
  1. ICQ: 563689343
  2. Xəbərləri: 925

    Şərhləri: 411

    Qeydiyyat: 9.08.2009

    Administrator



    Vusal,
    Bizim eynəklər ancaq adamın gözünü ağradır. Təsəvvür edin beyin öyrəşib adi görünüşə biz isə xərəb eynəkləri taxırıq və qarma qarışıqlıq beləlikə 1 saat nəsə bir şeyə baxsaq gözlərimiz nə günə düşəcək.

    Həm də bu 3d söhbətini ilk dəfə space tv atdı ortaya, mən belə fikirləşirəm ki onlar tv-nin reytinqindən çox özlərinin xaricdən gətirdikləri açkiləri sataraq daha çox xeyir qazandılar. Əsas məqsəd cammata eynək satmaq idi laughing


    ----------------------------------------------------------------------------------
  1. ICQ: --
  2. Xəbərləri: 1483

    Şərhləri: 2074

    Qeydiyyat: 2.11.2009

    Administrator



    TuRaL,
    duzdu Tural...
    bizimkiler ozune ziyan vurmagi xosalayirlar axi

    vallah men bu kompda 1024x768 ekrada baxiram smile lap lezetde edir.3D zad lazim deyil mene...
  1. ICQ: --
  2. Xəbərləri: 1730

    Şərhləri: 892

    Qeydiyyat: 5.07.2010

    Administrator



    Dəyərli məlumata görə təşəkkürlər!

    I love windows-az
  1. ICQ: --
  2. Xəbərləri: 12

    Şərhləri: 226

    Qeydiyyat: 14.05.2010

    Windows TEAM



    TuRaL,
    xəbərə görə təşəkkürlər
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Sizin üçün Ən yaxşı sayt. Saytımızı yadda saxlayın və mütəmadi ziyarət edin.
Untitled Document