hazırlanır
Untitled Document

Antivirus proqramları haqqında və iş prinsipi

Antivirus proqramları haqqında və iş prinsipi

Antivirus proqramları haqqında və iş prinsipi.Virus proqramlarını aşkarlamaq və ləğv etmək üçün antivirus proqramlarından istifadə edilir. Viruslar müxtəlif vasitələrlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edən, verilənlərin korlanmasına (dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus özgə disketlərdən, e-mail və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazim olmayan və tanimadığınız məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir.

Viruslar 3 məqsəqlə yaradılır: intiqam, kommersiya, özünü təsdiq. Virusun aşkar edilməməsi üçün o çox kiçik həcmə malik olmalıdır. Odur ki, virus proqramları çox zaman Asembler proqram dilində yazılır.
Virusları aşkar və ləğv etmək üçün antivirus proqramlarından istifadə edilir. Antivirus proqramları funksiyalarından asılı olaraq aşağıdakı tiplərə bölünür:

Həkim proqramlar– tapır silir və müalicə edir: Dr. Solomon, Norton AntiVirus, Doctor Web, Aidstest, AVP,AntiViral Toolkit Pro Scaner.Kaspersky Personal, Nod 32,Avast

Mühafizəçi proqramlar – RAM-da yerləşir, yalnız tapır: AntiViral Toolkit Pro Manitor.

Detektor proqramlar – yalnız onlara məlum virusları tapır.

Revizor proqramlar – sistemin ilkin vəziyyəti ilə yükləmədən sonrakı vəziyyəti müqaisə edilir. Faylların kontrol cəmi yoxlanılır.

Viruslarla mübarizə proqramlarının bir neçə növü var - skanerlər (başqa adı: faqlar, polifaqlar), disk müfəttişləri (CRC-skanerlər), rezident monitorlar və immunizatorlar.

Skanerlər
Antivirus skanerlərin iş prinsipi faylların və sistem yaddaşının yoxlanmasına və onlarda məlum və ya yeni (skanerə məlum olmayan) virusların axtarışına əsaslanır. Məlum virusların axtarışı üçün «maska»lardan istifadə edilir. Virusun maskası konkret virus üçün spesifik olan müəyyən sabit kodlar ardıcıllığıdır. Bir çox skanerlərdə həmçinin «evristik skanlama» alqoritmlərindən istifadə edilir, yəni yoxlanan obyektdə komandalar ardıcıllığı analiz edilir, müəyyən statistika toplanır və hər bir yoxlanan obyekt üçün qərar qəbul edilir («ola bilsin yoluxub» və ya «yoluxmayıb»).

Disk müfəttişləri
Disk müfəttişlərinin (CRC-skanerlərin) iş prinsipi diskdə olan fayllar və sistem sektorları üçün CRC-cəmlərin (nəzarət cəmlərinin) hesablanmasına əsaslanıb.

Rezident monitorlar
Rezident monitorlar - daim operativ yaddaşda yerləşən və disklə və operativ yaddaşla aparılan əməliyyatlara nəzarət edən proqramlardır. Məhz bu proqramlar sistemin real yoluxma anına kimi virusu aşkarlamağa imkan verir (əvvəlki ikisindən fərqli olaraq).
İmmunizatorlar
İmmunizatorların iki növü var: yoluxma barədə məlumat verən immunizatorlar və hər-hansı növ virusla yoluxmanın qarşısını alan immunizatorlar.

Onlardan birincisi adətən faylların sonuna yazılır və hər dəfə fayl işlədikdə onun dəyişməsini yoxlayır. Bu iimmunizatorların bir nöqsanı var - stels-virusla yoluxma barədə məlumat verməyə qabil deyil. Buna görə bu immunizatorlar hazırda praktikada istifadə edilmir.
İkinci növ immunizator sistemi hər hansı müəyyən növ virusla yoluxmaqdan mühafizə edir. Diskdə fayllar elə modifikasiya edilir ki, virus onları artıq yoluxmuş fayl kimi qəbul edir. Rezident virusdan mühafizə üçün kompüterin yaddaşına virusu imitasiya edən proqram yüklənir. Virus işə düşdükdə onunla rastlaşır və hesab edir ki, sistem artıq yoluxub.

  • Нравится
  1. ICQ: --
  2. Xəbərləri: 0

    Şərhləri: 0

    Qeydiyyat: --

    Qonaq



    Fikirləriniz......???
  1. ICQ: --
  2. Xəbərləri: 112

    Şərhləri: 199

    Qeydiyyat: 19.08.2009

    Windows TEAM



    Menim fikreimce yaxsidi amma bir sualim var ...Anti-Keyloggerri yazmamisan
  1. ICQ: --
  2. Xəbərləri: 0

    Şərhləri: 0

    Qeydiyyat: --

    Qonaq



    Cox sag ol.......Olur...hala ne qadar oxudum,amma yaddan cixan nuansda oldu.
  1. ICQ: --
  2. Xəbərləri: 86

    Şərhləri: 616

    Qeydiyyat: 15.09.2010

    Windows TEAM



    Cavid qaqa antiviruslar (meselen: nod 32, kaspersky, ve.s) haqqinda olsa daha yaxsi olardi zehmete gore de cox sagol


    ----------------------------------------------------------------------------------
  1. ICQ: --
  2. Xəbərləri: 0

    Şərhləri: 0

    Qeydiyyat: --

    Qonaq



    Buyur Anar.....çalişaram o haqdada məlumat yükləyim
  1. ICQ: --
  2. Xəbərləri: 0

    Şərhləri: 1

    Qeydiyyat: 3.02.2011

    İstifadəçi



    Camaat mene Kaspersk haqqinda melumat verin xais edirem,
  1. ICQ: --
  2. Xəbərləri: 86

    Şərhləri: 616

    Qeydiyyat: 15.09.2010

    Windows TEAM



    Cavid018
    ALLAH Canivi sag etsin sagol


    ----------------------------------------------------------------------------------
  1. ICQ: --
  2. Xəbərləri: 741

    Şərhləri: 458

    Qeydiyyat: 9.09.2009

    Baş Redaktor



    Xarici,
    forumda bu haqda kifayet qeder melumat var.


    ----------------------------------------------------------------------------------
  1. ICQ: --
  2. Xəbərləri: 0

    Şərhləri: 0

    Qeydiyyat: --

    Qonaq



    Buyur buyur xosdu Anar...allah sizinde canivizi sag elasin
  1. ICQ: --
  2. Xəbərləri: 0

    Şərhləri: 1

    Qeydiyyat: 3.02.2011

    İstifadəçi



    ela
  1. ICQ: --
  2. Xəbərləri: 0

    Şərhləri: 0

    Qeydiyyat: --

    Qonaq



    fikrimmmm yooooxduuuuu mennnn neytirallll
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Sizin üçün Ən yaxşı sayt. Saytımızı yadda saxlayın və mütəmadi ziyarət edin.
Untitled Document