hazırlanır
Untitled Document

Novruz bayramınız mübarək!!!

Novruz bayramınız mübarək!!!

Novruz bayramı,Yeni Gün bayramı, Ərgənəgün Bayramı, Bahar bayramı- qədim xalq bayramı. (farsca-ن? ر?ز — Nou ruz, özbəkcə Navruz, türkməncə Nowruz, kürdçə Newroz, qazaxca Naurız, qırğızca Nooruz, türkcə Nevruz, krımtatarca Navrez)

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20, 21, 22 də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətinin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı azərbaycanlılar da baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırdılar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Novruz həmçinin Bəhai təqvimi üzrə ilin ilk günüdür.

Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. Tədqiqatçılar Novruz bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqlar arasında meydana gəldiyini söyləyirlər. Novruz bayramının ayrı-ayrı tarixi və əfsanəvi şəxsiyyətlərin (Əfsanəvi İran şahları Kəyumərs (Avestada Qaye Mərdan), Cəmşid və başqaları) adı ilə bağlamağa çalışmışlar. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrinin bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd göstərmşlər. Hətta bəzi din xadimləri belə bir fərziyyəyə uydurmuşlar ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki imam Əli iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir. Əslində, xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyildir. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.
Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan əl-Biruni (XI əsr) Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir. Nizamül Mülk (XI əsr) "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.

İnsan, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlarımız da «Ab, atəş, xak, badan yarandım» deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.
Dünyanın yaranmasında iştirak edən sonuncu ünsür havadır. Azərbaycan xalqının yazqabağı mərasimlərində Yel çərşənbəsi adı ilə qeyd olunur. Odla birlikdə yel də mənəvi-ruhi (kişi) başlanğıc hesab edilir və maddi (qadın) başlanğıc - torpağa, suya əks cəbhədə durur. Canlılara nəfəs verməklə öz hərəkətliyini, dinamikliyini onlara keçirir. Başqa sözlə, cansız torpağı və suyu durğunluqdan çıxardır. Məhz bu xüsusiyyətinə görə yel ruhla eyniləşdirilir. Ümumiyyətlə, dünyanın mənəvi, ruhi tərəfləri kişilərlə, maddi, əşyavi tərəfləri isə qadınlarla əlaqələndirilir. Lakin od və hava işə qarışmasa maddi, əşyavi tərəf əbədi dəyişməz qalar, sular coşub-daşmaz, dalğalanmaz, torpaqlar vulkana çevrilib püskürməz, atalar sözündə qeyd edildiyi kimi,

«Yel olmasa, sel olmaz».
«Yel gətirib, gün qurudub».
«Yel eləyəni fələk eləyə bilməz».
«Yel üfürüb şişirtdiyini göyə qaldırar».
«Yel əsməyincə çöp tərpənməz»

Son olaraq windows-az.com administrasiyası sizləri bu bayram münasibəti ilə ürəkdən təbrik, sizlərə süfrələrinizdən naz-nemət, bol -bərəkətin heç zaman əskik olmaması diləyi ilə.

  • Нравится
  1. ICQ: --
  2. Xəbərləri: 27

    Şərhləri: 425

    Qeydiyyat: 13.02.2010

    Windows TEAM



    Məndə hamınızın bayramını təbrik edirəm.
  1. ICQ: 417041932
  2. Xəbərləri: 18

    Şərhləri: 46

    Qeydiyyat: 28.02.2010

    Windows TEAM



    Bu bayram atesperestlerin ola-ola, biz niye qeyd etmeliyik?Quranda bele bir bayram yoxdu.Muqeddes bayramimiz da deyil..Sadece qedimde esaret altina dusduyumuz zaman bize mecburiyyetden qebul etdirilen bayramidir.Ona gore de men bu bayrami meqbul saymiram.Gunahdiye.
  1. ICQ: --
  2. Xəbərləri: 44

    Şərhləri: 122

    Qeydiyyat: 3.06.2010

    Windows TEAM



    Mende haminizin bayramini tebrik edirem. Basda Vusal ve Turali. onlar olmasa bizder bu virtual mekanda goruse bilmerik.
  1. ICQ: --
  2. Xəbərləri: 31

    Şərhləri: 194

    Qeydiyyat: 10.04.2010

    Windows TEAM



    Təbriklərə qoşuluram və hər kəsə uzun ömür can sağlığı arzu edirəm.SEvdiklərinizlə birlikdə uzun və mehriban bir ömür keçirin.
  1. ICQ: --
  2. Xəbərləri: 1483

    Şərhləri: 2074

    Qeydiyyat: 2.11.2009

    Administrator



    Saytin butun istifadecilerin bayrami mubarek!!!
  1. ICQ: --
  2. Xəbərləri: 576

    Şərhləri: 854

    Qeydiyyat: 24.08.2009

    Baş Redaktor



    Azərbaycan xalqının Novruz bayramı mübarək!
  1. ICQ: --
  2. Xəbərləri: 1730

    Şərhləri: 892

    Qeydiyyat: 5.07.2010

    Administrator



    Haminizi tebrik.Sizlere can sagligi ve xosbextlik arzu edirem.

    ...:::Novruz Bayraminiz Mubarek :::...
  1. ICQ: --
  2. Xəbərləri: 741

    Şərhləri: 458

    Qeydiyyat: 9.09.2009

    Baş Redaktor



    Mende haminizi tebrik edirem.


    ----------------------------------------------------------------------------------
  1. ICQ: --
  2. Xəbərləri: 0

    Şərhləri: 2

    Qeydiyyat: 4.05.2010

    İstifadəçi



    haminizin bayrami mubarek olsun
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Sizin üçün Ən yaxşı sayt. Saytımızı yadda saxlayın və mütəmadi ziyarət edin.
Untitled Document