Antivirus proqramı Virusa çevrildi
Səhvindən ötəri üzr istəyən, ancaq problemdən istehlakçıların çox təsirlənmədiyini müdafiə edən McAfee,özəlliklə Microsoftun Windows XP Service Pack 3 əməliyyat sistemini istifadə edən şirkətlərin kompüterlərində problem ola biləcəyini ifadə etdi. Kompüterlərin çökməsinə ya da dəfələrlə "reboot" etməsinə səbəb olan problemdən ötəri ABŞda məktəblərin, universitetlərin, xəstəxanaların, polisin hətta həbsxanaların kompüterləri çökdü.
Polisdən hesabatlarını əl yazısına keçirmələri və tədbir olaraq vasitələrindəki kompüter terminalını bağlamaları istənərkən, bəzi həbsxanalar ziyarətləri ləğv etdi və xəstəxanalar təcili xidmətdə vəziyyətləri ağır olmayan xəstələri göndərib bəzi əməliyyatları təxirə salmaq məcburiyyətində qaldılar.
Mütəxəssislər, problemdən təsirlənən kompüter sayının bilinmədiyini, ancaq on minlərcə olduğunun təxmin edildiyini ifadə edərkən, mikro-blog saytı Twitter,dünyanın ən böyük anti-virus informasiya təhlükəsizliyi sistemi təmin edicilərindən biri olan McAfeedən şikayət mesajlarıyla dolub daşır.
ABŞda aralarında Michigan Universitetinin də olduğu bir çox universitet problemdən təsirləndi. Universitetin tibb fakültəsindəki 25 min kompüterin 8 mini dövrə xarici qaldı. New York əyalətinin Syracuse şəhərindəki Upstate Universitet xəstəxanasındakı 6 min kompüterin 2 min 500ünün də çökdüyü bildirildi.









![ARMA 2: Free (2011) [Singleplayer/Multiplayer] sources](http://www.windows-az.com/uploads/posts/2012-05/1336806600_1111.png)

Xəbərləri: 1483
Şərhləri: 2074
Qeydiyyat: 2.11.2009
Administrator