Windows-az.com > Hack, Mobil > Symbian OS9.x platformalı smartfonlarda mühafizə sisteminin sındırılması [OS9.1-9.4]

Symbian OS9.x platformalı smartfonlarda mühafizə sisteminin sındırılması [OS9.1-9.4]


1 Sentyabr 2010. Yerləşdirdi: tony
Symbian OS9.x platformalı smartfonlarda mühafizə sisteminin sındırılması [OS9.1-9.4]



-------------------------------------------------------
Yeni model Symbian OS9.1 OS9.2 və bütün OS9.3, OS9.4 üçün sındırılma qaydası
-------------------------------------------------------
1. HelloCarbide [sistem fayllara girişi təmin edir] faylını yükləyirik və telefonun yaddaşına quraşdırırıq. X-plore(və ya digər fayl menecer proqramı) proqramını işə salırıq və bağlamamaq şərtilə menyu düyməsinə basaraq telefonun arxa fonuna keçiririk. HelloCarbide proqramına daxil olub Funksiyalar -> Menu 1 əməliyyatını edib verilən sualları YES cavabı ilə cavablandırırıq.
2. İnstallServer [faylları sertifikatsız quraşdırmağa imkan verir] faylını yükləyirik və arxivdə sizin telefon modelinə uyğun qovluğa daxil olub installserver.exe faylını kompüterdən telefona atırıq. Sonra daxil oluruq əvvəlcədən işə saldığımız X-plore proqramına, orada həmin faylı(installserver.exe) C:/sys/bin/ qovluğuna yerləşdiririk və telefona restart veririk! (əgər Y diski varsa, onda Y:/sys/bin/ qovluğuna yerləşdirmək tövsiyə olunur).



X-plore v1.30 AllFiles - köhnə, stabil işləyən versiyadır. Qeydiyyat şifrəsini almaq üçün arxivdəki XploreKeygen.exe faylından istifadə edin.

Geri qayıt